Serblər italyanlara 9 qol vurdu - “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turnirindən FOTOLAR

3 May 2023 20:20 Gündəm 895
Serblər italyanlara 9 qol vurdu - “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turnirindən FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, A qrupunda Serbiya millisi İtaliya ilə qarşılaşıb.

Bakı Tennis Akademiyasında baş tutan matçda serbiyalılar inamlı qələbə qazanıblar - 9:3.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Serbiya yığması ilk pilləyə yüksəlib. Xalı olmayan İtaliya isə qrupun autsayderidir.

Günün bundan əvvəlki oyunlarında Ukrayna CAR-ı 6:1, Çexiya Gürcüstanı 6:3 hesab, Türkiyə isə Qazaxıstanı 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”