Türkiyə millisindən sürpriz qələbə - “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri

3 May 2023 18:23 Gündəm 748
Türkiyə millisindən sürpriz qələbə - “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan Türkiyə ilə Qazaxıstan yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.

İlk iki turda məğlub olan türkiyəlilərin güclü rəqibə də uduzmaları gözlənilirdi. Lakin Qazaxıstan seçməsi ardıcıl iki qələbədən sonra budəfəki rəqibinə 0:2 hesabı ilə uduzub.

Günün bundan əvvəlki oyunlarında Ukrayna CAR-ı 6:1, Çexiya Gürcüstanı 6:3 hesablı məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti