Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ikinci oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan Gürcüstanla Çexiya yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.
İlk iki turda rəqibləri ilə bərabərə qalan çexiyalılar turnirdə birinci qalibiyyətlərini əldə ediblə
r. Qarşılaşma Gürcüstan seçməsinin 3:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Gürcüstan millisi qrupda son matçını bu gün axşam saatlarında Azərbaycan yığmasına qarşı keçirəcək.
Günün ilk oyununda Ukrayna CAR üzərində 6:1 hesablı qələbə qazanıb.

