CAR yığması Bakıda üçüncü dəfə böyük hesabla məğlub oldu

3 May 2023 13:40 Gündəm 884
CAR yığması Bakıda üçüncü dəfə böyük hesabla məğlub oldu

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan Ukrayna ilə CAR yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.

Afrikalılar ilk iki matçda olduğu kimi, bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olublar.

Onlar Ukraynanın 6 qoluna cəmi 1 topla qarşılıq verə biliblər – 1:6. Nəticədə Ukrayna millisi turnirdə ikinci qalibiyyətini əldə edib.

Bu gün B qrupu çərçivəsində Türkiyə - Qazaxıstan və Ukrayna – Fransa matçları olacaq. A qrupunda isə Gürcüstan – Çexiya, Serbiya – İtaliya və Azərbaycan – Gürcüstan görüşləri keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”