Çexiya ardıcıl ikinci dəfə heç-heçə etdi - FOTOREPORTAJ

2 May 2023 18:20 Gündəm 635
Çexiya ardıcıl ikinci dəfə heç-heçə etdi - FOTOREPORTAJ

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan Serbiya və Çexiya yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.

İlk gündə Azərbaycan millisi ilə qolsuz heç-heçə edən çexiyalılar ənənələrinə sadiq qalıblar.

Adıçəkilən komanda bir gün əvvəl Gürcüstana qalib gələn (1:0) Serbiya ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Günün əvvəlki görüşlərində Ukrayna Türkiyəni 3:2, Gürcüstan İtaliyanı 4:2, Qazaxıstan isə CAR-ı 5:1 hesabı ilə məğlub edib.

Bu gün A qrupu çərçivəsində Azərbaycan – İtaliya matçı keçiriləcək. B qrupunda isə Türkiyə - Fransa matçı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti