Cavab ver - Ermənistandan bunu tələb etdilər!

14 Aprel 2023 08:40 Gündəm 895
Cavab ver - Ermənistandan bunu tələb etdilər!

Rəsmi Moskva İrəvandan Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı aydınlaşdırma tələb edib.

Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, Rusiya Ermənistandan cavab aldıqdan sonra məsələ ilə bağlı reaksiyasına qərar verəcək.

“Sözsüz ki, Ermənistanın öz ərazisində KTMT təlimlərinin keçirilməsindən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin artırılmasına töhfə vermir”, - deyə Zaxarova əlavə edib.

Ermənistan Müdafiə Nazirliyi ötən həftə erməni hərbçilərin ABŞ-nin iki hərbi təlimində iştirak etməyi planlaşdırdığını açıqlayıb. Sözügedən təlimlər 2023-cü ildə Avropa ölkələrinin ərazisində təşkil ediləcək.

Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin birinci müavini Aleksey Çepa məsələyə münasibət bildirərkən İrəvanın ciddi səhvə yol verdiyini deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti