Tanınmış yazar Qurban Qurbanovu Türkiyə kanalına təqdim etdi: "İmperator "- VİDEO

13 Aprel 2023 17:40 Gündəm 2 072
Tanınmış yazar Qurban Qurbanovu Türkiyə kanalına təqdim etdi: "İmperator "- VİDEO

Bu gün Azərbaycan futbolunun layiqli, ləyaqətli ismi Qurban Qurbanovun 51 yaşı tamam olur.

Türkiyənin ən məşhur idman kanalı “A Spor”a bağlanan Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan futbolunda, onun Avropada sözünü deməsində fövqəladə işlərə imza atmaqdadır.

Qurban Qurbanova “İmperator” ləqəbinin verilməsi ilə bağlı suala isə Elçin Cəfərov belə cavab verib:

“Məhz Qurban Qurbanovun sayəsində illərdir "Qarabağ” təkcə futbol oynamadı, eyni zamanda, getdiyi hər ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdırdı, işğal altında olan şəhəri - Ağdamı təmsil etdiyini hamı bildi.

Ona görə də “Qarabağ” 2000-ci illərin “Qalatasaray”ına çox bənzədilir. Qurban Qurbanov isə Fatih Terimə”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti