AFFA italyanı saxladı

13 Aprel 2023 12:40 Gündəm 1 073
AFFA italyanı saxladı

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub.

İclasda millinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Komanda seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.

Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, Tbilisi - Bakı üzrə səhər reysi təxirə salındığı üçün Gürcüstandan gələ bilməyib.

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən 1 saat əvvəl tərk edib.

İcraiyyə Komitəsinin üzvü Zaur Axundov bildirib ki, italiyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...