Premyer Liqaya gəlmək istəyən klubdan 1 MİLYON İSTƏYİRLƏR!

10 Aprel 2023 23:40 Gündəm 4 995
Premyer Liqaya gəlmək istəyən klubdan 1 MİLYON İSTƏYİRLƏR!

I Divizionun lideri olan «Araz Naxçıvan» Premyer Liqa sıralarına qatılmaq üçün böyük xərcə düşəcək.

Növbəti mövsüm elitada mübarizə aparmaq istəyən Muxtar Respublika təmsilçisi ev oyunlarını keçirdiyi şəhər stadionunun qazonunu dəyişməlidir.

Bu, AFFA və Peşəkar Futbol Liqasının bölgə klubu qarşısında qaldırdığı əsas tələbdir. Hər iki təşkilatçı qurum meydançanın yenilənməsini istəyir.

«Araz Naxçıvan» rəhbərliyi istifadə müddəti bitmiş və tamamilə yararsız hala düşmüş ot sahəsini dəyişdirmək üçün müxtəlif şirkətlərlə danışıqlar aparıb.

Düzdür, hələ tender elan olunmayıb, ancaq bəlli olan odur ki, bu işi görə biləcək şirkətlər kifayət qədər yüksək məbləğlərdən dəm vurur.

Təsəvvür edin ki, ən az ödəmə olaraq 1 milyon manatdan söhbət gedir. Aşağı liqanın lideri təkliflərdən birini dəyərləndirəcək. Təbii ki, son anda Premyer Liqaya qoşulmaq fikrindən daşınmasalar.

Hələlik danışıqlar gedib, razılıq əldə olunmasından danışmaq bir qədər tezdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti