"Beşiktaş"la xeyriyyə matçının keçirilməsi hələ ki, gündəmdədir".
Bu barədə Sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
Əslində təxminən 2 həftə əvvəl bu barədə məlumat vermişdik. Ancaq arxada qalan günlər davam edən sükut və "qara qartallar"ın təmsilçimizlə oynamaqdan imtina etməsi ilə bağlı yayılan iddialar bizi yenidən mövzuya qaytarmış oldu.
Həmidov iddiaların yalan olduğunu bildirib.
Danışıqların isə yekunlaşmamasını ortaq uyğun vaxtın hələ də tapılmaması ilə bağlı olduğunu dilə gətirib:
"Danışıqlar davam edir. Əsas məsələ hər iki komanda üçün uyğun vaxtın müəyyən edilməsidir. Bu məsələ ilə bağlı hər hansı yenilik olsa ictimaiyyətə ətraflı məlumat veriləcək".
Xatırladaq ki, Türkiyədə başvermiş dəhşətli zəlzələdə zərər çəkənlərə yardım məqsədi ilə ötən ay "Qarabağ"la "Qalatasaray" arasında Bakıda yoxlama görüşü baş tutmuşdu.
Eyni məqsədlə "Beşiktaş" və "Sabah" komandaları arasında matçın keçirilməsi də planlaşdırılır.
XANOĞLAN

