Rusiya komandaları beynəlxalq yarışlara... UEFA qərarını verdi

7 Aprel 2023 00:10 Gündəm 1 066
Rusiya komandaları beynəlxalq yarışlara... UEFA qərarını verdi

Rusiya millisi və klubları Ukraynadakı hərbi əməliyyatlar başa çatana qədər UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun Lissabonda keçirilən 47-ci Konqresindən sonra təşkil edilən mətubat konfransında bidirib.

“Məncə, hərbi əməliyyatlar başa çatana qədər Rusiya komandalarının beynəlxalq turnirlərə buraxılması məsələsində nəyisə dəyişmək çətin olacaq”, - deyə A.Ceferin qeyd edib.

Ukraynadakı hərbi əməliyyatlara görə 2022-ci il fevralından Rusiya klubları və milli komandalarının FIFA və UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakına icazə verilmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti