Mahirə şans verməyən baş məşqçini istefaya yolladılar

6 Aprel 2023 20:20 Gündəm 1 293
Mahirə şans verməyən baş məşqçini istefaya yolladılar

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu "Dinamo" (Zaqreb) baş məşqçisi və idman direktoru Ante Çaçiçlə vidalaşıb.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Təcrübəli baş məşqçi ilə yolların ayrılmasına Zaqreb təmsilçisinin son vaxtlar qeyri-sabit çıxışı səbəb olub.

27 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edən "Dinamo" son 5 matçda 2 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə ilə yadda qalıb.

Mahir Emreli qış fasiləsində Türkiyə "Konyaspor"una icarəyə verilib. 26 yaşlı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti