"Qalatasaray"ın prezidenti Azərbaycana təşəkkür etdi

28 Mart 2023 21:20 Gündəm 247
"Qalatasaray"ın prezidenti Azərbaycana təşəkkür etdi

"Qalatasaray"ın prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirdikləri xeyriyyə matçına görə Azərbaycana təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı İstanbul təmsilçisinin Tvitter hesabında klub rəhbərinin adından təşəkkür məktubu paylaşılıb:

"Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi.

Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk.

Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram".

"Qalatasaray"ın 2:1 hesabı ilə qalib gəldiyi matçdan əldə olunan bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə ayrılacaq.

Digər Xəbərlər
Xəbər Lenti