Qarabağla bağlı NÖVBƏTİ MÜHÜM XƏBƏR

28 Mart 2023 12:50 Gündəm 345
Qarabağla bağlı NÖVBƏTİ MÜHÜM XƏBƏR

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 609 mina aşkarlayıb.

Martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər Xəbərlər
Xəbər Lenti