"Qarabağ"la mütəmadi əlaqədəyik, onlar da, biz də gözləyirik ki…"

19 Mart 2023 13:00 Gündəm 856
"Qarabağ"la mütəmadi əlaqədəyik, onlar da, biz də gözləyirik ki…"

«Bu oyunun keçirilməsi bizim üçün ani oldu».

Bakı Olimpiya Stadionunun (BOS) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fərid Əsədzadə Sportinfo.az-a açıqlamasında «Qarabağ»la «Qalatasaray» arasında keçiriləcək yoldaşlıq matçı haqda danışıb.

Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım məqsədilə təşkil olunacaq xeyriyyə matçı martın 26-sı saat 20:00-da BOS-da baş tutacaq.

BOS təmsilçisinin bildirdiyinə görə, stadionda vəziyyət qaydasındadır, hazırlıq görülür:

"Əlimizdən gələni edəcəyik ki, hər şey əvvəlki oyunlardakı kimi uğurlu olsun. «Qarabağ»la mütəmadi əlaqədəyik. Onlar da, biz də gözləyirik ki, ən azı 55 min azarkeş gəlsin.

Bilirsiz ki, stadionun tutumu 69 minə yaxındır. Mətbuatda yazılan rəqəmləri oxuyuram və hiss edirəm ki, həqiqətən 55 min nəfərdən az adam gəlməyəcək.

Ölkədə hamının bundan xəbəri var, maraq və tələbat böyükdür. İki klubun azarkeşləri arasında fərq qoyulmayacaq.

Gələnlər tribunalar üzrə bölünməyəcək. «Qarabağ» və «Qalatasaray» azarkeşləri bir yerdə qardaşlıq matçını izləyəcək.

«Qalatasaray»a görə gələn azarbaycanlı azarkeşlər də çox olacaq. Türkiyədən gələnlər istədikləri sektordan bilet ala biləcək.

«Vurdu-qırdı» oyunu gözləmirik. Azarkeşlər arasında «sözlü atışmalar»ın olacağını da güman eləmirik

. İki sektor «UltraAslan»ın olacaq. Ora bilet alıblar. Məncə, bütün sektorlarda «Qalatasaray» azarkeşlərini görəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!