AFFA-ya yeni koordinator gətirilir.
Saytımız bu barədə federasiyanın özündən məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, qurum uşaq futbolu ilə bağlı siyasətinə təkrar baxmağı lazım bilib.
Buna əsasən, bu sahəyə cavabdehlik əcnəbiyə tapşırılıb. Həmin xarici ingiltərəlidir. Böyük Britaniyadan olan koordinator UEFA-nın məsləhəti ilə Azərbaycanda işləməyə razılıq verib.
Vəzifə səlahiyyətlərinə gəlincə, o, U-14-ə qədər olan komandaların formalaşdırılması prosesinə nəzarət edəcək.
Seleksiya prosesi yalnız uşaq və yeniyetimələrin seçimi ilə məhdudlaşmayacaq. İngiltərəli aşağı yaş qrupları üzrə yığmaların məşqçilərinin müəyyənləşdirilməsində də söz sahibi olacaq.
Əlqərəz, burada A-dan Z-yə qədər nə məsələ varsa və olarsa, hamısında iştirak edəcək. Görülən işlərin hesabatı ilə yalnız AFFA maraqlanmayacaq, eyni zamanda, UEFA-ya göndəriləcək.
SPORTİNFO.AZ

