"Beşiktaş"ın yoxlama görüşü keçirəcəyi Azərbaycan klubu məlum oldu - SON DƏQİQƏ

14 Mart 2023 23:00 Gündəm 2 364
"Beşiktaş"ın yoxlama görüşü keçirəcəyi Azərbaycan klubu məlum oldu - SON DƏQİQƏ

"Beşiktaş" rəsmiləri bir müddət əvvəl mətbuata açıqlamasında Azərbaycan klubu ilə yoxlama görüşü keçirə biləcəklərini açıqlamışdı.

Amma qardaş ölkə təmsilçisinin rəhbərliyi danışıqların hansı klubla aparıldığını gizli saxlamışdı.

Sportinfo az-ın əldə etdiyi məlumata görə, həmin komanda "Sabah"dır.

İstanbul təmsilçisi hazırda da Masazır təmsilçisi ilə danışıqları davam etdirir.

Ümumi razılıq əldə olunub.

Görüşün növbəti ay keçirilməsi planlaşdırılır.

Sadəcə, xırda nüanslar qalır ki, o da qarşıdakı günlər öz həllini tapacaq.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti