Martın 7-si Azərbaycanın futbol həyatında maraqlı qərarlar və açıqlamalarla zəngin oldu.
AFFA İcraiyyə Komitəsi mütərəqqi qərar verərək Region Liqasından 1-ci diviziona çıxmaq üçün klubların qarşısında qoyulan "3 illik tələbi" ləğv etdi.
Əvəzedicilərin çempionatı 1-ci diviziondan ayrıldı.
Baş katib Sərxan Hacıyev isə mətbuat konfransında qəti şəkildə bildirdi: "mövsümün yekununda premyer liqada sonuncu olacaq komanda 1-ci diviziona düşəcək, oranın çempionu isə elitaya yüksələcək".
AFFA-nın maliyyə hesabatı da həmişəki maraq və suallar doğurdu...
Sportinfo TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetində bütün bu məsələləri birləşdirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

