Rövnəq Abdullayevin AFFA-dakı gələcəyinə aydınlıq gəlib.
2008-ci ildə federasiyanın rəhbərliyinə gətirilən SOCAR-ın keçmiş prezidenti 2024-cü ilin martınadək bu vəzifədə qalacaq.
Hazırda iqtisadiyyat nazirinin müavini postunu tutan R.Abdullayevin AFFA-dakı səlahiyyət müddəti gələn ilin müvafiq vaxtında başa çatır.
Dördüncü müddətə seçilmiş «Neftçi»nin sabiq prezidentinin, əslində, futboldan getməsi an məsələsi idi. Bu, son günlərə kimi müəyyən çevrələrdə geniş müzakirə olunurdu.
Abdullayevin özü də AFFA-dan ayrılmağa hazır idi. İndi deyil, hələ uzun illər öncədən.
Sadəcə, təkbaşına qərar verə bilmədiyindən, rəsmi surətdə istefa ərizəsi yazmayıb, fikrini şifahi şəkildə ifadə etməklə kifayətlənib.
R.ABdullayev günlər öncə İsveçrədə FİFA prezidenti Canni İnfantino ilə görüşüb. Bu səfərin mahiyyətində iki qurum arasında münasibətlərin olduğu kimi tənzimlənməsi dayanır.
AFFA-nın başçısı vəzifəsi ilə vidalaşacağını bilsəydi, Avropanın mərkəzinə yollanmazdı.
SPORTİNFO.AZ

