Məşhur “Neftçi”li: “Elə bir şey görmədim ki, məni incitsin, narahat etsin”

7 Mart 2023 21:20 Gündəm 902
Məşhur “Neftçi”li: “Elə bir şey görmədim ki, məni incitsin, narahat etsin”

“Mən ora ilk ayaq basdığım gündən ta bura qayıdana qədər özümə qarşı xoş münasibət hiss etdim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında şimalı makedoniyalı məşqçi Slavço georgiyevski deyib.

Vaxtilə “Neftçi” və “Şamaxı”nın formasını geyinmiş sabiq yarımmüdafiəçi daxilən Azərbaycana bağlı olduğunu bildirib:

“İstiliyin kökündə nə dayanır? İnsanlar, insanlar və insanlar. Stadionda, restoranda, şəhərdə - hər yerdə yaxşı münasibət görmüşəm.

Azərbaycanın mentaliteti Makedoniyanınkı ilə oxşardır. Karyeram ərzində çox ölkədə futbol oynamışam, amma Azərbaycanda özümü evimdəki kimi hiss edirdim.

Çox rahat idi mənə. Yəni elə bir şey görmədim ki, məni incitsin, narahat etsin.

Getdiyin yerdə sənə ürəklərini verirlərsə, bunu necə qəbul etməyə, yaxud sevməyə bilərsən?”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti