Azərbaycan futbolunda yeni mərhələ – Bu rayonlarda da…

7 Mart 2023 12:30 Gündəm 2 163
Azərbaycan futbolunda yeni mərhələ – Bu rayonlarda da…

AFFA FIFA və UEFA tərəfindən 2024-2028-ci illər üçün ona ayrılacaq maliyyə vəsaitinin xərclənmə istiqamətini müəyyənləşdirib.

Beynəlxalq qurumlardan gələcək pul müxtəlif regionlarda yeni stadionların inşasına sərf olunacaq.

AFFA bu praktikayn ilk dəfə üz tutmayacaq. Uzun illər öncə də belə təcrübədən istifadə olunub. Hələ ötən əsrin 90-cu illərində federasiyanın ovaxtkı prezidenti Fuad Musayev bu «cığır»ı açıb.

Məhz onun təşəbbüsü ilə «Termist» stadionunun yerində «Şəfa» tikilib. İndiki adıyla «ASK Arena»nın mövcud olduğu ərazini Musayev UEFA və FİFA-dan gələn vəsaitlə tikib.

Bayılda yerləşən «ASCO Arena» da sözügedən təşkilatların maliyyə dəstəyi ilə rekonstruksiya olunub.

Habelə 2 il əvvəl Tovuzda stadion və bazada aparılan təmir, akademiyanın tikintisi Avropa və dünya miqyaslı qurumların pulu ilə ərsəyə gətirilib.

Hər il UEFA və FİFA-dan müxtəlif layihələr əsasında AFFA-nın hesabına 10 milyon manatdan artıq vəsait daxil olur.

Diqqətinizə çatdıraq ki, hər iki təşkilat yerlərdə stadionların inşaasına böyük məbləğlər ayırır. Avropanın özündə 40-dan çox ölkə o layihələrdən bəhrələnib.

2024-2028-ci illərdə Azərbaycanda tikiləcək arenaların sayı hələ tam dəqiqləşməyib. Minimum 2-3 futbol qurğusunun inşası və təmiri plandadır.

Burada söhbət Premyer Liqa və I Divizionda təmsil olunması gözlənilən rayonlardan gedir.

AFFA və PFL-in nümayəndələri həmin bölgələrə səfər edəcək, şəraiti incələyəcək, daha sonra görüləcək işlərin ssmetası tutulacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti