Bu gün vakant vəzifəyə seçkilər keçiriləcək - AFFA-da

7 Mart 2023 10:30 Gündəm 631
Bu gün vakant vəzifəyə seçkilər keçiriləcək - AFFA-da

Sportinfo.az xəbər verir ki, AFFA-nın növbəti Konfransı başlayıb.

Konfransa AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, həmçinin gənclər və idman naziri Fərid Qayıbov sədrlik edirlər.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Prezident tərəfindən iclasın açıq elan edilməsi;

- Konfransın tərkibinin yoxlanılması;

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

- Maliyyə hesabatlarının təsdiq olunması;

- Müstəqil auditorun hesabatını nəzərə almaq;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər.

Konfransın ardından keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında bu məsələlər müzakirə ediləcək:

- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər

- 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması

- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi

- AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi

- Futbol veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi

- Yoxlama və Təftiş Komitəsinin hesabatı

- I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi

- Azərbaycan Premyer Liqası, I Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi

- I Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi

- 2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi

- Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin məlumatı

- Digər məsələlər

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti