AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibi təsdiq olunub.
Burada bir sıra dəyişiklər edilib.
Birinci növbədə buna diqqət yetirilib. Elxan Məmmədovun vaxtında federasiyada görəvə gətirilmiş funksionerlərin bir neçəsi vəzifədən alınıb.
Az sonra AFFA bunu rəsmi surətdə açıqlayacaq. Onda görəcəyksiz ki, keçmiş icraçı vitse-prezidentin kadrlarından kimlər iş yeri ilə vidalaşıb.
İndən belə əmin ola bilərik ki, qurum tezliklə E.Məmmədovun adamlarından tamamilə təmizlənəcək. Əlbəttə, bu, bir günün içində gerçəkləşməsi mümkün deyil.
Hazırda FİFA-nın Paris ofisində işləyən E.Məmmədov 2007-2022-ci illər ərzində AFFA-nı atasının obyekti kimi işlədib, istədiyini edib, buranı yarıtmaz, futboldan bixəbər kəslərlə doldurub.
Gec də olsa, federasiyanın onlardan «təmizlənməsi»nə start verilib.
SPORTİNFO.AZ

