Yaxın günlərdə Laçın yolunda sərhəd postları QURULACAQ

7 Mart 2023 03:20 Gündəm 952
Yaxın günlərdə Laçın yolunda sərhəd postları QURULACAQ

"Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliklərinin bəyanatları, o cümlədən Ombudsmanın bugünkü açıqlaması birmənalı şəkildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının vacibliyindən xəbər verir.

Bu o deməkdir ki, qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq".

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, bu işin asan olmayacağı bəllidir:

"Bir tərəfdən məsələnin hərbi-texniki tərəfləri həll edilməli, digər tərəfdən bu çalışmalar bölgədəki Rusiya hərbi kontingenti ilə toqquşmadan baş verməlidir. Şuşa kimi istehkam şəhəri işğaldan qurtardıqsa, yolda sərhəd və gömrük postları qurub sərhədi nəzarətə götürməyi də bacaracağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti