“Qəbələ”nin sabiq legioneri Ermin Zets həssas paylaşımı ilə diqqət çəkib.
Bosniya və Herseqovinadan olan futbolçu martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunu yad edib.
Belə ki, Ermin 2015-2016 mövsümündə təmsilçimizin şərəfin qoruyan zaman Şəhriyarla çəkdirdiyi fotosunu sosial şəbəkə hesabından paylaşıb.
O, “Qəbələ” azarkeşlərinə isə Allahdan səbr diləyib.
İkinci Qarabağ müharibəsinin də iştirakçısı olan Şəhriyar "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Qəbələnin Vəndam kəndində doğulub. "Qəbələ" futbol klubunun aktiv azarkeşlərindən biri olub.
XANOĞLAN / SPORTİNFO.AZ

