Məlum olduğu kimi, Lənkəranda yeni futbol klubunun yaradılımasına qərar verilib.
Bu təşəbbüs nazirliklərdən birində yüksək vəzifə tutan şəxsdən gəlib. Həmin mənsəb sahibinin kimliyi hələlik açıqlanmır.
Ancaq bildirilir ki, o, Lənkəran şəhər İcra Hakimiyyəti və bir qrup yerli iş adamıyla bununla bağlı məşvərət keçirib.
Bu toplantıda Lənkəranın təmsilçisi olacaq klubun qısa müddətdə formalaşdırılması yönündə görüləcək işlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Komandanın I Divizion və Premyer Liqaya vəsiqə qazanmaq perspektivi müzakirə olunub, Yaxın 3 ili əhatə edən inkişaf strategiyası hazırlanıb.
Əldə etdiyimiz son informasiyaya görə, yeni ideyanın təşəbbüskarları artıq Mübariz Mənsimova müraciət edib.
Məqsəd «Xəzər Lənkəran»ın balansında olan eyniadlı stadionu satın almaqdır. Türkiyədə yaşayan iş adamının bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.
SPORTİNFO.AZ

