"Qarabağ"ın kapitanı dəhşətli hadisədə ölən Rüfətdən yazdı - FOTO

5 Mart 2023 17:00 Gündəm 2 643
"Qarabağ"ın kapitanı dəhşətli hadisədə ölən Rüfətdən yazdı - FOTO

Dünən Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində Həşimov Rüfət Rahib oğlu dünyasın dəyişib.

Ailənin yeganə oğlan övladı olan H.Rüfət Vətən müharibəsinin könüllü iştirakçısı olub.

O, Füzuli istiqamətində gedən döyüşlərə qoşulub. Həşimov kikboks üzrə respublika mükafatçısı olub.

Onu yaxın dostları arasında “Qarabağ”ın kapitanı Maksim Medvedev də varmış.

Təcrübəli müdafiəçi onunla bağlı sosial şəbəkə hesabından paylaşım edib.

Medvedev Rüfətlə birgə olan fotosunu paylaşaraq "Allah rəhmət eləsin" sözlərini yazıb.

R.Həşimov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti