"Beşiktaş"dan "Sportinfo"ya EKSKLÜZİV AÇIQLAMA – Bakıya nə vaxt gəlirlər?

3 Mart 2023 14:00 Gündəm 1 389
"Beşiktaş"dan "Sportinfo"ya EKSKLÜZİV AÇIQLAMA – Bakıya nə vaxt gəlirlər?

"Beşiktaş" Azərbaycanda yoldaşlıq oyunu keçirəcək.

İstanbul təmsilçisi Türkiyədə baş vermiş zəlzələnin qurbanlarına dəstək olmaq üçün iki matç keçirməyi planlaşdırır.

"Ağ-qaralar" ilk oyunu mart ayında Almaniyada keçirəcək. "Qara qartallar" Azərbaycana aprel ayında səfər edəcək.

"Beşiktaş" burada Azərbaycan klublarından biri ilə xeyriyyə görüşündə üz-üzə gələcək.

Bu barədə məlumatı Türkiyənin “Sabah” nəşri yayıb.

Məsələ ilə bağlı qardaş ölkə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Cihangir Gökdoğan saytımıza açıqlama verib:

“Bəli, doğru məlumatdır. Belə bir oyun planımızda var.

Amma Azərbaycandan hansı komanda ilə oynayacağımız hələ bəlli deyil”.

Klub rəsmisi əməkdaşımızın “Həmin komanda “Qarabağ” ola bilərmi?” sualına isə belə cavab verib: “Böyük ehtimalla "Qarabağ"dır. Ancaq bu dəqiqə üçün tam dəqiq deyil”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti