“Konyaspor” çətin vəziyyətdədir, Mahir onlara problem yaşadacaq"

3 Mart 2023 22:40 Gündəm 2 623
“Konyaspor” çətin vəziyyətdədir, Mahir onlara problem yaşadacaq"

"Konyaspor" bir neçə gün əvvəl Zaqreb "Dinamo"sundan Mahir Emrelini transfer etdiyini açıqladı.

25 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında "ağ-yaşıllar"da oynayacaq.

Ölkəmizdə “Qarabağ” və “Neftçi”də işləmiş türkiyəli mütəxəssis Mehmet Ak Sportinfo.az-a açıqlamasında Mahirin transferindən danışıb:

“Mahir Emreli keçmişi olan çox istedadlı bir oyunçudur. “Qarabağ”da uzun illər böyük təcrübə qazandı.

Avropda “Legiya” (Polşa) və “Dinamo” (Xorvatiya) kimi klubların formasın geyindi. Xüsusilə Zaqreb təmsilçisində oynaması onun yaxşı oyunçu olmasından xəbər verir.

“Dinamo”da hər futbolçu çıxış edə bilməz.“Konyaspor” üçün çətin günlərdir. Belə dönəmdə onun gəlişinin faydalı olacağın düşünürəm.

Türkiyə futboluna xas özəllikləri var. Yəqin ki, rəqib müdafiəçilərə çətin anlar yaşadacaq”.

Türkiyədə müxtəlif klubları çalışdırmış Mehmet Ak 2008-2009-cu illəri "Qarabağ"da koordinator, 2012-2014 illərində isə digər təmsilçimiz "Neftçi"də köməkçi məşqçi kimi çalışıb.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti