Mesaj göndərə biləcək - “WhatsApp”la bağlı daha bir YENİLİK

2 Mart 2023 18:30 Gündəm 579
Mesaj göndərə biləcək - “WhatsApp”la bağlı daha bir YENİLİK

“Daniel Gross” adlı proqram tərtibatçısı “Python” proqamından istifadə edərək “ChatGPT”ni “WhatsApp”a inteqrasiya edib.

“WhatsApp” istifadəçisi heç bir tədbir görmədən avtomatik olaraq qarşı tərəfə mesaj göndərə biləcək.

Ancaq qeyd etmək lazımdır ki, bu, nə “OpenAI” tərəfində, nə də “WhatsApp” tərəfində rəsmiləşən bir vəziyyətdir.

Bu, yalnız Daniel Qross tərəfindən hazırlanıb. “WhatsApp”da “ChatGPT” chatbotunu aktivləşdirmək üçün əvvəlcə dil kitabxanasından faylları yükləmək lazımdır.

Bundan sonra “WhatsApp-gpt-main” faylını açmaq və “server.py” sənədini işə salmaq lazımdır. Beləliklə,” ChatGPT” “WhatsApp”a inteqrasiya olunacaq. “ChatGPT” işləyərkən siz ondan sonra "İs" yazmalı və “OK” düyməsini sıxmalısınız.

Beləliklə, “WhatsApp” hesabının telefon nömrəsi “OpenAI”-nin saytına daxil olacaq və telefon nömrəsi orada qeydiyyatdan keçəcək.

Nəhayət, “WhatsApp” istifadəçisi “OpenAI” saytından “İnsan olduğumu təsdiqlə” seçimi ilə prosesi tamamlaya bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti