Azərbaycan millisinin müdafiəçisi Cənubi Koreya klubunda?

3 Fevral 2023 00:30 Gündəm 533
Azərbaycan millisinin müdafiəçisi Cənubi Koreya klubunda?

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) komandasından ayrılır.

Sportinfo.az xəbər verir ki, bu barədə polşalı jurnalist Şimon Yançik özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, 25 yaşlı müdafiəçinin karyerasını Cənubi Koreyada davam etdirəcəyini yazıb. Oyunçunun xidmətində maraqlı olan klubun adı açıqlanmayıb.

Anton Krivotsyuk Plotsk "Visla"sına 2021-ci ilin yayında təqribən 70 000 avro qarşılığında keçib.

Digər Xəbərlər
Xəbər Lenti