Tanış legioner yenidən Azərbaycana qayıdır? - ÖZÜ AÇIQLADI

6 Yanvar 2023 19:40 Gündəm 1 803
Tanış legioner yenidən Azərbaycana qayıdır? - ÖZÜ AÇIQLADI

Mozambik millisinin yarımmüdafiəçisi Klesio Bauk Sportinfo.az-a açıqlamaq verib.

O, yenidən ölkəmizdə çıxış edəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib:

“Bu barədə heç nəyə cavab verə bilmərəm. Çünki hazırda özüm də heç nə bilmirəm. Bilmədiyim nəsə barədə danışmağım doğru olmaz”.

28 yaşlı vinger hazırda klubsuzdur. Futbolçunun sonuncu klubu Portuqaliyanın “Maritimo” komandası olub. Son günlər onun adı bir neçə Premyer Liqa təmsilçimiz ilə hallanır.

Bauk ölkəmizə tanış simadır. 2019/20 mövsümünü “Qəbələ”də (32 oyun 6 qol), 2020/21 mövsümünü isə “Zirə”də (22 oyun, 3 qol) keçirib.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti