Haiti millisinin üzvü Donald Gerye yenidən Azərbaycanda oynaya bilər.
Bir müddət əvvəl bu haqda xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, hazırda danışıqlar davam edir. Geryenin danışıq apardığı klublardan biri paytaxtı təmsil edir.
Onu istəyən digər komanda isə bölgə təmsilçisidir.
“Qarabağ” və “Neftçi”də legioner həyatı yaşamış Gerye məsələ haqda qısaca bunu deyib:
“İki klubla danışıq aparıram, biri paytaxt təmsilçisidir. Yaxşı təklif olarsa….Hələ ki, gözləyirəm”.
Gerye Kiprin “Olimpiakos”(Nikosiya) klubuna məxsusdur. Onun adıçəkilən komanda ilə mövsüm sonuna qədər müqaviləsi qüvvədədir.

