Generaldan ŞOK İDDİA: Bu ərazi 2023-cü ilin avqustuna qədər...

3 Yanvar 2023 01:20 Gündəm 857
Generaldan ŞOK İDDİA: Bu ərazi 2023-cü ilin avqustuna qədər...

2023-cü ilin avqustuna qədər Ukrayna Krımı geri alacaq.

Belə bir fikri ABŞ ordusunun keçmiş generalı Ben Hodcs “Deutsche Welle” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın ilhaq etdiyi yarımadaya yalnız iki yol gedir:

"Biri artıq ciddi zədələnmiş Kerç körpüsündən keçir. İkincisi isə Mariupol və Melitopoldan keçən və bu yaxınlarda ukraynalıların da vurduğu quru körpüsüdür".

Bununla belə, Hocsun sözlərinə görə, ukraynalılar üçün qələbə paradını planlaşdırmaq hələ tezdir.

"Çünki ruslar bu münaqişənin davam etməsi ümidi ilə mülki hədəflərə hücumlarını davam etdirəcəklər”, - deyə, amerikalı general söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti