«Zirə»nin xidmətindən imtina etdiyi Təmkin Xəlilzadə 2 klubla danışıqlar aparır.
Qəsəbə təmsilçisi ilə yollarını qarşılıqlı razılaşma əsasında ayıran müdafiəçi «Sumqayıt» və «Şamaxı»nın maraq dairəsindədir.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan hər iki komanda intizamsızlığı ilə ad çıxaran cinah oyunçusuna ilyarımlıq müqavilə təklif eləyib.
Millinin sabiq üzvünun qazancına gəlincə, o, bu dəfə aylıq 5000 manatdan artıq məvacib ala bilməyəcək. Çünki dəvət göndərənlərin heç biri ona göstərilən məbləğdən artıq əməkhaqqı ödəmək istəmir.
SPORTİNFO.AZ

