Sülhməramlıların daha iki avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçdi

31 Dekabr 2022 18:30 Gündəm 579
Sülhməramlıların daha iki avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçdi

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Bu gün Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın keçirilməsinə baxmayaraq, sözügedən yol humanitar məqsədlər üçün açıqdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM