"Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Vladimir İviç karyerasını Rusiyada davam etdirəcək.
45 yaşlı mütəxəssis "Krasnodar"la 2+1 illik müqavilə imzalayacaq.
Klub yaxın vaxtlarda serbiyalı çalışdırıcının təyinatını rəsmən açıqlayacaq.
İviç Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. O, bu ilin yayında ölkəmizə səfər edib. Konfrans Liqasının birinci təsnifat mərhələsində «Zirə»yə rəqib olan «Makkabi»nin başında məhz balkanlı dayanıb.
Təl-Əviv təmsilçisi Mərdəkandakı görüşdə 3:0 hesablı qələbə qazanıb, İsraildə ksçirilən cavab qarşılaşmasında isə qapılara qol vurulmayıb,
"Qarabağ"ın legioneri Kadi Borgesin "Krasnodar"a transferi İviçlə razılaşdırılmayıb. Braziliyalı yarımmüdafiəçi sırf klub rəhbərliyi istəyi ilə alınıb.
Onun 3,5 illik müqaviləsi yanvarın 10-dan sonra rəsmiləşəcək. Rusiya premyerliqasının iştirakçısı bu keçidə görə Azərbaycan çempionuna 5 milyon avro təzminat ödəyəcək.
Cənubi amerikalı vingerin özü isə hər mövsüm 1-1,1 milyon avrodan çox pul qazanacaq.
SPORTİNFO.AZ

