Ərəblər Ronaldonu aldı – DÜNYA FUTBOLU ŞOKDA!

31 Dekabr 2022 01:50 Gündəm 1 324
Ərəblər Ronaldonu aldı – DÜNYA FUTBOLU ŞOKDA!

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə 2 illik müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Əl Nəsr" rəsmi saytı vasitəsilə məlumat yayıb.

"Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Kriştianu Ronaldo Qətərdə keçirilən dünya çempionatından əvvəl "Mançester Yunayted"lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM