"Qarabağ" Kadini transfer edəndə, onu heç kim tanımırdı.
Bildiyim qədəri ilə aşağı məbləğə keçidi baş tutmuşdu. "Qarabağ"ın uğurlu çıxışı ordakı hər bir futbolçunun qiymətin birə-beş qaldırır.
Kadi də həmin futbolçulardan biridir. O, son dönəmlər seçilən futbolçulardan idi. Ona marağın olması təsadüfi deyil".
Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesin Rusiyanın "Krasnodar" klubuna mümkün keçidi barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis braziliyalının komandası üçün önəmli futbolçu olduğunu bildirib, amma ayrılıq baş tutarsa "Qarabağ"ın onun boşluğunu doldura biləcəyini də sözlərinə əlavə edib:
"Kadi "Qarabağ" üçün önəmli futbolçudur. Amma əvəzedilməz oyunçu yoxdur. Ağdamlılar bunu bir neçə dəfə sübut edib.
Gedənlərin yerinə edilən yeni transferlər özünü yaxşı tərəfdən göstərərək boşluqları hiss etdirməyiblər. "Qarabağ" bu fəlsəfəni uğurla həyata keçirir.
"Qarabağ"ın üstün cəhətdi odur ki, komanda fərdi oyunçulardan yox, kollektiv oyundan asılıdır. Bu baxımdan hər bir oyunçu özünü yaxşı tərəfdən göstərə bilər.
Əgər Qurban müəllim lider oyunçusunu buraxacaqsa, deməli, onun alternativini fikirləşib artıq. Başda Qurban müəllim olmaqla, "Qarabağ" bir komanda kimi formalaşıb.
Nəyi necə eləmək lazım olduğunu bilirlər. Ki, kluba ziyanı olmasın. Necəki Patrik Andrade getdi, amma həmin mövqedə başqa oyunçular üstün tərəflərini göstərdi. Bunun kimi başqa misallar da çəkmək olar".
XANOĞLAN

