Məşhur holdinqin sahibi futboldan gedir? - REAKSİYA

28 Dekabr 2022 17:40 Gündəm 1 257
Məşhur holdinqin sahibi futboldan gedir? - REAKSİYA

“Onun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlər əsassızdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev deyib.

Qurum rəsmisi “Cahan Holdinq”in sahibi Vüqar Abbasovun federasiyanın sədri olaraq fəaliyətini davam etdirdiyini bildirib:

“Vüqar müəllimin bu vəzifədən uzaqlaşdırılmasıyla bağlı heç bir məlumat yoxdur. Bunun baş verməsi görsənmir.

Çünki federasiya onun təsisçiliyi ilə yenidən yaradılıb. Hazırda həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr var ki, onlara da bir yerdə imza atacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM