"Krasnodar"ı çalışdırmış məşqçi "Sportinfo"ya dedi - Kadini "Qarabağ"dan alsalar…

28 Dekabr 2022 09:00 Gündəm 1 712
"Krasnodar"ı çalışdırmış məşqçi "Sportinfo"ya dedi -  Kadini "Qarabağ"dan alsalar…

"Sabah"ın baş məşqçisi Murad Musayev Sportinfo.az-a açıqlama verib.

2018-2021-ci illəri "Krasnodar"ı çalışdırmış mütəxəssis "Qarabağ"ın yarımmüdafəçisi Kadi Borgesin keçmiş klubuna mümkün transferi barədə danışıb.

O, öncə yaxından tanıdığı futbolçu haqqında fikirlərini dilə gətirib:

"Kadi ilə bağlı “Qarabağ”a hər hansı rəsmi müraciətin edilib-edilməməsi və ya bunların, sadəcə, şayiə olub-olmaması barədə məlumatım yoxdur.

Məncə, Kadi hazırda Azərbaycanda çıxış edən ən güclü futbolçulardan biridir.

O, “Qarabağ”ın əsas üzvlərindən hesab edilir və bu il bu klubun heyətində Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Kadi “Qarabağ”ın heyətində özünün ən yaxşı keyfiyyətlərini nümayiş etdirir, komandanın lideridir. Onun ustalığı bir çox halda oyunun taleyini həll edib".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti