Vasif Talıbovun gedişi Naxçıvan futboluna nə dərəcədə təsir edəcək?

27 Dekabr 2022 20:00 Gündəm 904
Vasif Talıbovun gedişi Naxçıvan futboluna nə dərəcədə təsir edəcək?

“Muxtar Respublikanın rəhbərliyində aparılan dəyişikliyin yerli futbol camiəsinə heç bir aidiyyatı yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev deyib.

Məlum olduğu kimi, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

62 yaşlı Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.

Bu yenilik Naxçıvan Futbol Federasiyasın faəliyyətinə nə dərəcədə təsir edəcək? Sakit Rzayevi dinləyək:

“Qarşıdakı günlərdə iclasımız olacaq. İllik hesabat və 2023-cü ildə həyata keçirəcəyimiz tədbirlər planı üzərində işləyirik.

Bu məsələlərə bir daha baxırıq. Nə qərarlar verilsə, mətbuatın bundan xəbəri olacaq.

Bu dəqiqə AFFA-nın irəli sürdüyü lisenziyalaşdırma ilə bağlı işlərlə məşğuluq.

Ona görə də gələn ilin tədbirlər planı ilə əlaqəli bəzi dəyişiklər edirik. Gərək ondan irəli gələn bütün məsələləri həll edək ki, sonra iclas keçirək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti