Mahir "Başakşehir" və "Antalyaspor"un maraq dairəsində

25 Dekabr 2022 13:40 Gündəm 1 051
Mahir "Başakşehir" və "Antalyaspor"un maraq dairəsində

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sundan bu qış ayrıla bilər.

Sportinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, onunla Türkiyə klubları maraqlanır.

Noyabrın 13-də "Riyeka"nı səfərdə 7:2 hesabı ilə darmadağın etdikləri matçda dubl etmiş Emrelinin xidmətində Türkiyə çempionu olmuş "Başakşehir" və "Antalyaspor" maraqlıdır.

Bu ilin fevralında Polşanın "Leqiya" klubundan Xorvatiyanın dəyişməz çempionuna transfer olunmuş Mahir Emreli bu komandada 20 matç keçirib və 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM