"Mən yenidən təqaüdə çıxdım, lakin təklif gəlsə, onları dinləyəcəm"

22 Dekabr 2022 01:40 Gündəm 666
"Mən yenidən təqaüdə çıxdım, lakin təklif gəlsə, onları dinləyəcəm"

Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal Portuqaliya yığmasını çalışdıra bilər.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis Portuqaliya yığmasına rəhbərlik edə biləcəyini bildirib:

“Mən yenidən təqaüdə çıxdım. Lakin Portuqaliyadan təklif gəlsə, onları dinləyəcəm. Deyə biləcəyim tək şey budur”.

Niderland millisi DÇ-2022-nin 1/4 finalında Argentinaya məğlub olaraq (2-2, penaltilər: 3-4), turnirlə vidalaşıb. 71 yaşlı mütəxəssis həmin matçdan sonra baş məşqçi postunu tərk edib.

Portuqaliya isə DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeşə uduzub (0:1).

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM