BÖYÜK İDDİA: Bu ərazilər işğaldan azad olunacaq

21 Dekabr 2022 03:00 Gündəm 1 185
BÖYÜK İDDİA: Bu ərazilər işğaldan azad olunacaq

“Ukrayna Silahlı Qüvvələri gələn il də ölkənin bütün işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov “Ukrayinska Pravda” qəzetinə müsahibəsində bildirib.

“Luqansk, Donetsk, Simferopol mütləq bizə qaytarılmalıdır. Həyatda mümkünsüz heç nə yoxdur. Əsas odur ki, qorxmayın. Ağıl, hesab və hərəkət olmalıdır.

Əgər ağlın, hesabın və hərəkətin varsa, o zaman qələbə mütləq sənin olacaq. Ən əsası isə həqiqət sənin tərəfində olmalıdır. Həqiqət isə bizim tərəfimizdədir”, - deyə Danilov vurğulayıb.

Ukrayna rəsmisi Melitopolun Ukrayna Silahlı Qüvvələrinin yeni hədəfi olub-olmayacağı sualına cavab verməyib. Onun sözlərinə görə, növbəti hədəf bütün ölkədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti