Rusiya məğlub olur - Komandirdən ŞOK ETİRAF!

19 Dekabr 2022 17:30 Gündəm 657
Rusiya məğlub olur - Komandirdən ŞOK ETİRAF!

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsində və Ukraynanın şərqindəki Donbas bölgəsindəki qarşıdurmada mühüm rol oynayan rus komandir İqor Girkin etiraf kimi açıqlamalar verib.

Girkin Rusiyanın strateji məğlubiyyətə uğradığını vurğulayıb.

Rusiyalı komandir bəyan edib ki, Moskva qüvvələrinin hazırkı hərbi əməliyyatın son strateji məqsədləri barədə zərrə qədər təsəvvürü yoxdur.

Girkin açıqlamasında bu vəziyyətin Rusiya Federasiyasının siyasi rejiminin və hətta dövlətinin çökməsinə səbəb ola biləcəyini bildirib.

igor-strelkov.jpg (119 KB)

Bir çox sosial media istifadəçisi komandirin bu açıqlamalarının Putini qəzəbləndirəcəyini yazıblar.

2014-cü ilin iyulunda Amsterdamdan havaya qalxdıqdan sonra Ukraynanın şərqində vurulan və 298 nəfərin ölümü ilə nəticələnən MH17 təyyarə qəzasında əli olduğuna görə Hollandiyada ömürlük həbs cəzasına məhkum edilən Girkin uzun müddətdir ki, Rusiya hökuməti tənqid edir, Rusiya ordusunu Ukraynada strateji məqsədlərinə çata bilməməkdə günahlandırır.

Rusiya xüsusi xidmət orqanları FSB-nin üzvü olan İqor Girkin 2014-cü ildə Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyayönlü qüvvələrə komandanlıq edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti