Portuqaliyalı məşqçi Canni De Byazini “tək buraxmadı”

17 Dekabr 2022 09:00 Gündəm 555
Portuqaliyalı məşqçi Canni De Byazini “tək buraxmadı”

Paulu Bentu Polşa millisinin baş məşqçisi postu uğrunda mübarizədə Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byaziyə rəqib olub.

Sportinfo.az “SportoweFakty”yə istinadən xəbər verir ki, Cənubi Koreya seçməsinin sabiq baş məşqçisi Polşa Futbol Assosiasiyası (PZPN) ilə bununla bağlı təmasa keçib.

Bildirilib ki, De Byazi kimi, Bentu da Polşa yığmasının sükanı arxasına keçməkdə maraqlı olduğundan, öz xidmətini PZPN-ə təklif edib.

Hazırkı baş məşqçi Çeslav Mixneviçin ilin sonuna qədər olan müqaviləsini yeniləməmək qərarına gələn yerli assosiasiya namizədlər arasında seçim aparır.

Paulu Bentunun rəhbərlik etdiyi Cənubi Koreya millisi Qətərdə keçirilən dünya çempionatında qrupdan çıxsa da, 1/8 final mərhələsində Braziliya seçməsinə 1:4 hesabı ilə məğlub olub.

Qarşılaşmadan sonra 53 yaşlı portuqaliyalı çalışdırıcı istefa verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti