"Hərbi əməliyyatlara əl atmalıyıq” - Erməni deputatdan sərsəm BƏYANAT

16 Dekabr 2022 22:10 Gündəm 619
"Hərbi əməliyyatlara əl atmalıyıq” - Erməni deputatdan sərsəm BƏYANAT

“10 noyabr bəyanatının müddəalarının həyata keçirilməsini təmin etmək üçün əsas missiya Rusiya sülhməramlılarının üzərinə düşür, lakin bu o demək deyil ki, Ermənistan əl-qolunu sallayıb kənara çəkilməlidir.

Hökumət soydaşlarını qorumaq üçün hərbi əməliyyatlara başlamağa borcludur”.

Bu sərsəm bəyanatı jurnalistlərlə söhbətində “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan səsləndirib.

“Lazım gələrsə, Azərbaycana müharibə elan etməliyik. Nə etməliyik? Bu yol təcili olaraq çox sərt tədbirlərlə açılmalı, üstəlik, ermənilərin Qarabağı tərk etməməsi üçün bütöv bir təminat sistemi tətbiq edilməlidir. Çünki Ermənistan Qarabağda ermənilərin yaşamaq hüququnu qorumaq üçün öz üzərinə aydın öhdəliklər götürüb”, - deyə o bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti