Xankəndidə böhran: separatçılar qənaət rejiminin tətbiqinə başladılar

15 Dekabr 2022 19:30 Gündəm 706
Xankəndidə böhran: separatçılar qənaət rejiminin tətbiqinə başladılar

Ötən gündən etibarən Qarabağda qaz təchizatının kəsilməsi və üç gün ərzində Laçın yolunun qapadılması səbəbindən Xankəndidə, o cümlədən ermənilərin mövcud olduğu digər ərazilərdə benzin, dizel yanacağı, maye və sıxılmış qaz qıtlığı yaranıb.

Qondarma “artsaxın informasiya qərargahı”nın yaydığı məlumatda deyilir ki, vəziyyətlə əlaqədar qənaət rejiminə keçilməsinə qərar verilir.

Belə ki, yanacaqdoldurma məntəqələrində yanacaq ilk növbədə təcili yardım, ictimai nəqliyyat və xüsusi xidmət orqanlarına veriləcək.

“Yanacağın verilməsi mexanizmləri və prosedurları barədə əhaliyə əlavə məlumat veriləcək. Vətəndaşlardan yanacağa qənaət etmələri və nəqliyyat vasitələrindən yalnız son dərəcə zəruri hallarda istifadə etmələri tövsiyə olunur”-xəbərdə deyilir.

Bir gün əvvəl separatçılar kifayət qədər ehtiyatlarının olduğunu iddia edirdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti