2020-ci il yanvarın 1-dən 2022-ci il noyabrın 30-dək 155 Türkiyə vətəndaşı Ermənistan vətəndaşlığı almaq üçün müvafiq qurumlara müraciət edib.
Bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına əsasən, “Bir nəfər də olsun Azərbaycan vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət etməyib.
“Ümumilikdə, göstərilən müddətdə 48352 erməni Ermənistan vətəndaşlığını qəbul edib. Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Ermənistana gələn 17 498 Rusiya vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciətini həyata keçirib.
Pasport və viza şöbəsi nə qədər müraciətin təmin olunduğuna cavab verməyib, onların bəzilərinə baxıldığını söyləməklə kifayətlənib”, - deyə qəzet qeyd edir.

